Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi – Bəqərə (128)
Mьəllif: admin1
Tarix: 21-07-2018, 11:59
Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi – Bəqərə (128)
Quran ecazkarlığından və gözəlliklərindən biri də, bu ilahi kitabın əndələrlə müxtəlif dildə danışmasıdır. Yəni bəyanı və mətləbi müxtəlif formalarda çatdırmasıdır.

Məsələn bəzən qəti hökm olaraq əmr edir, bəzən tarixdən misal çəkir, bəzən aləmin ecazkar əsrarəngliyindən nümunə çəkir, bəzən də saleh bir bəndənin dilindən deyilən qısa bir dua ilə böyük etiqadi yolun sirlərini bəyan edir.

Buna misal olaraq Bəqərə surəsinin 128-ci ayəsində Həzrət İbrahimin (ə) dilindən deyilmiş bir duanı qeyd etmək olar:

رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ

(İbrahim və İsmail dedilər: ) “Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan (müsəlmanlardan) qərar ver!”

Həzrət İbrahim (ə) böyük, ulul-əzm (şəriət sahibi) peyğəmbərlərdəndir. Həmçinin Quran o Həzrəti “Xəlilullah” –Allahın dostu adlandırır.

Belə bir böyük şəxsiyyət bütün bunlarla yanaşı Allahdan müsəlman olmağı diləyir. Müsəlman, yəni Allaha tabe olmuş, təslim olmuş, Allaha itaətkar olan mənasındadır.

Həzrət İbrahim (ə) Allahdan inayət istəyərək Onan tam təslim olmaq şərəfi istəyir. Mütəal Allah da, o Həzrətə lütf və inayət bəxş edir. Həmin surənin 130-cu ayəsində buyurur:

وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

“Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.”

Uca yaradana Onun buyurduğu kimi, Quranın dili ilə dua edək !



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930