Duanın tez həyata keçməsinin yolları
Mьəllif: admin1
Tarix: 11-01-2022, 12:44
Duanın tez həyata keçməsinin yolları
Bəzən duanın bütün şərtlərinin olmasına baxmayaraq, dua həyata keçmir. Çünki bizim xeyirimizə deyildir.

Yəni, tələb etdiyimiz şey bizim faydamıza deyildir. Bizim üçün mühüm olan bu olmalıdır ki, duamız gec və ya tez həyata keçəcəkdir.

Bu dünyada və ya axirətdə. Bəzən dualarımız ona görə gec həyata keçir ki, bizim üçün bu cür daha xeyirli imiş. Allah hər şeydən agahdır.

Duanın tez həyata keçməsi üçün ariflər bizə bəzi tövsiyələr vermişdilər ki onlara işarə edək:

1. Hər bir halda Allahla rabitədə olmaq. Allah Təala Peyğəmbərinə (s) əmr edir: “Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş.

Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).

Allah buyurur ki, bəndəsi ancaq çətinliyə düşən zaman deyil, hər bir halda və hər bir şəraitdə Ona dua etməli və hacətini istəməlidir. Gözləməli deyildir ki, bəla gəlib çatsın və ondan sonra dua etsin.

2. Allaha etimad etmək. İmam Sadiq (ə) buyurur: “Allah qafilin və xəbərsizin qəlbindən qalxan duanı yerinə yetirməz. Ona görə də dua edən zaman ürəyinizin dərinliklərindən Ona üz çevirin və duanın yerinə yetməsindən əmin olun”.

3. Allahdan qeyrisindən ümidi kəsmək. İmam Sadiq (ə) buyurur: “Nə zaman sizlərdən biriniz istəyər ki, Allahdan hər nə istəyər onu əta etsin – gərək bütün insanlardan ümidsiz və məyus olsun. Allah dərgahından savayısına ümidi olmasın”.

4. Dua səylə birlikdə olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dua edir və ardınca səy göstərməz – ona bənzəyir ki, yay olmadan ox atar”.

5. Dua həssas qəlblə birlikdə olmalıdır. İmam Sadiq (ə) buyurur: “Nə zaman qəlbiniz sınsa, dua edin. Çünki qəlb, pak və xalis olmayınca, sınmaz”.

6. Duanın zamanı. Dua əgər qaranlıqda və xəlvətdə edilərsə, daha tez həyata keçər. Ramazan ayının gecələrində, Rəcəb ayında, Zilhiccə ayının on günündə edilən dualar daha tez qəbul olar.

7. On dörd Məsuma (ə) təvəssül etmək.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930