Əmirəl-mömininin (ə) təsbihatı necədir?
Mьəllif: admin1
Tarix: 26-10-2021, 22:16
Əmirəl-mömininin (ə) təsbihatı necədir?
Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq.

Bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra:

10 dəfə "Subhənallah”.
10 dəfə "Əlhəmdulilləh”.
10 dəfə "Allahu Əkbər”.
10 dəfə "Lə iləhə iləllah” demək.

Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: "Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?”.

Bəra deyir: "Bəli”.

Həzrət Əli (ə) də ona yuxarıdakı təsbihi öyrədir və sonra buyurur: "Hər kim hər namazdan sonra bu təsbihi edərsə, Allah ondan min dünya bəlasını uzaq edər ki, onların ən asan olanı – dindən qayıtmaqdır.

Axirətdə onun üçün min mənzil hazır edər ki, o mənzillərdən biri – Peyğəmbərin (s) qonşuluğundadır”.

Allah Təala bizləri zikr əhlindən qərar versin, inşəallah!



www.ahliman.info
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031