RAMAZAN AYININ 24-cü GÜNÜNÜN DUASI
Mьəllif: admin1
Tarix: 14-04-2023, 20:39
RAMAZAN AYININ 24-cü GÜNÜNÜN DUASI
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِيهِ مَا يُرْضِيكَ وَ أَعُوذُ بِكَ مِمَّا يُؤْذِيكَ وَ أَسْأَلُكَ التَّوْفِيقَ فِيهِ لِأَنْ أُطِيعَكَ وَ لا أَعْصِيَكَ يَا جَوَادَ السَّائِلِينَ

Duanın oxunuşu: Əllahummə inni əs`əlukə fihi ma yurzik, və əuzu bikə mim-ma yu`zik, və əs`əlukət təvfiqə fihi li ən utiəkə və la ə`siyək, ya cəvadəs sailin.

Duanın tərcüməsi: İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah!

İFTAR DUASI

للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:

24-cü gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 1 istənilən surə)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031