Fərəc duasının mənası
Mьəllif: admin1
Tarix: 20-09-2020, 10:21
Fərəc duasının mənası
Fərəc duasının mənası

İmamlarımız bizə Axirəz-zamana yaxın baş verən sıxıntılarda bu duanı oxumağı sifariş etmişlər:

"Ey Allah! Ey Rəhman! Ey Müqəllibəl-qulub! (Ey qəlbləri döndərən, dəyişən!) Bizim qəlbimizi öz dinində sabit (dayanıqlı) et!”

Amma nə edək ki, dərman dalınca getmək əvəzinə dərd dalınca gedirik.

"Ya müqəllibəl-qulub, səbbit qəlbi əla dinik”in mənası budur ki;

"Ey Rəbbim! Bizi öz bəyəndiyin məqama çatdır və həmin məqamda saxla.”

Sirat elə buradan başlayır. Əgər azacıq da olsa bu yoldan kənara çıxsaq, Allah bilir hansı uçuruma yuvarlanacağıq.

Əgər bir adamın işləri bərbaddırsa ya irəli getmiş, ya da geridə qalmışdır. Hər halda orta həddə riayət etməmişdir.

Biz məsum olmadığımıza görə Allah-təaladan bizə orta həddi nəsib etməsini və bizləri həmin məqamda sabit saxlamasını istəyirik.

Əməli tapşırıqlar

Bir kəsin Xaliq və məxluqa etdiqadı olarsa, peyğəmbərlr və imamlarla bağlılığı olub onlara etiqadi və əməli cəhətdən

təvəssül edərsə, onların buyruqlarına uyğun addım götürüb, addım atarsa, ibadətində qəlbini Allahdan qeyri bütün şeylərdən boşaldarsa, qəlbi fariq halda namaz qılarsa, şübhəli görünən məsələlərdə İmam Zamana tabe olarsa–yəni İmam kimi özünə müxalif bilirsə o da onunla müxalifətdə olsun, kimi özünə müvafiq bilirsə o da onunla müvafiq olsun; onun məlun bildiyi kəsi o da lənətləsin, onun mərhum bildiyinə o da məhəbbət göstərsin, hətta o şəxsin haqqında dəqiq məlumatı olmasa da.

Qeyd olunan bu xüsusiyyətləri özündə əks etdirən bir şəxs heç bir kamaldan məhrum qalmaz, heç bir nöqsana düçar olmaz.


Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031