Məbəs gününün duası
Mьəllif: admin1
Tarix: 17-02-2023, 20:02
Məbəs gününün duası
Həmd və sitayiş yanlız o Allaha məxsusdur ki, özünə övlad götürməyib. Hökmranlıq etmək üçün onun şəriki yoxdur.

Onun aciz olanların köməyinə etiyacı yoxdur. İlahi o ən böyükdür və onu daha da böyük et.

Ey ömrümün sonunadək mənə azuqə olan!

Ey çətinliklərdə mənə kömək olan!

Ey qorxduğum vaxtlar mənə həmdəm olan!

Ey məni arzularıma çatdıran!

Ey etiyaclı olduğum vaxtlar mənə uğur gətirən!

Ey özümdən xəbərsiz olduğum vaxtlarda, məni hifz edən!

Ey tənha qaldığım vaxtlar, məni kifaətləndirən!

Ey mənə nemət verən mövlam! Sən öz pərdənlə mənim eyiblərimi örtürsən.

Sənə şükürlər olsun ki, Sən mənim bəzi xətalarımdan keçirsən.

Sənə şükürlər olsun ki, yıxıldığım vaxtlar mənə qüvvət verirsən. Beləliklə də Sən, bütün təşəkkürlərə layiqsən.

İlahi, Məhəmməd və onun övladlarına öz salamlarını göndər. Eyiblərimin üstünü ört. Məni qorxulardan öz amanında saxla. Törətdiyim xətalara göz yum.

Günahlarımın üzərindən keç. İlahi, Cənnət əhli ilə birlikdə olarkən, mənim bu dualarımı qəbul et. Həqiqətən də Sənin onlara vəd etdiyin Cənnət, doğru bir vəddir.

Kitabın adı: Səhifeyi-Mehdiyyə (İmam Zamandan (ə.f) nəql olunmuş dualar)

Müəllif: Şeyx İsa Əhəri


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031