Rəcəb ayı ərzində İmam Zamanın (ə.f) gündəlik oxuduğu dua
Mьəllif: admin1
Tarix: 28-02-2022, 22:10
Rəcəb ayı ərzində İmam Zamanın (ə.f) gündəlik oxuduğu dua
İlahi, rəcəb ayı ərzində dünyaya gəlmiş imamların, o mövludların hörməti xatirinə dərgahına gəlib, Səndən istəklərimi diləyirəm. Onların vasitəsi ilə Sənə çox yaxın olmaq istəyirəm.

Ey hər kəsin meyl göstərdiyi və xeyirlərini tələb etdiyi Allah! Öz günahlarının içərisində qərq olmuş, öz xətaları ilə zəncirə çəkilmiş və bəlalar üzündən günahlarını uzatmış bir şəxs kimi, qapına gəlib Səndən hacətlərimi istəyirəm.

Sənə doğru qayıtmaq və tövbə etmək istəyirəm. Boynumda olan günahlarımın bağışlanmasını və Cəhənnəm odundan canımın qurtarmasını istəyirəm. Ey Mövlam! Mənim ən böyük arzum və ən böyük dayağım yanlız Sənsən.

İlahi, Səndən istənilən ən şərafətli istəklərin və ən üstün səbəbkarların hörməti xatirinə, mərhəmətini daha da genişləndirdiyin bu ayda mənim bu halıma da öz lütfünü və mərhəmətini şamil et.

Məni həm bu dünyada verdiyin ruzilərlə, həm də qəbr evinə daxil olub, Səndən doğru son mənzilə getməklə qane et.


Kitabın adı: Səhifeyi-Mehdiyyə (İmam Zamandan (ə.f) nəql olunmuş dualar)
Müəllif: Şeyx İsa Əhəri
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930