Yarılan Yer kürəsi
Mьəllif: admin1
Tarix: 9-12-2019, 10:52
Bцlmə: Bilirsinizmi?
Yarılan Yer kürəsi
“ And olsun qaytarıb endirən səmaya. And olsun yarılan yerə ” (“Tarik”, 86/11-12).

Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki “sada” kəlməsi Azərbaycan türkcəsində “yarılmaq”, “çatlamaq” mənalarına gəlir. Allahın Yerin yarılmasına and içməsi diqqəti Quranın başqa elmi möcüzələrində olduğu kimi burada da bir məsələyə yönəldir.

1945-46-cı illərdə alimlər mineral mənbələri tədqiq etmək üçün ilk dəfə dənizlərin və okeanların dibinə endilər. Onların tədqiqatlarında diqqətçəkən məsələsi ilə bağlı idi.

Yerin üst səthindəki dağlıq təbəqə şimal-cənub və şərq-qərb istiqamətli olub on minlərlə kilometr uzunluğunda çoxsaylı və geniş çatlarla (fay) yarılmışdı.

Bundan əlavə, alimlər dənizlərin və okeanların altındakı 100-150 km dərinliklərdə ərimiş maqmanın olduğunu aşkarladılar. Dənizlərin ortasında yerləşən dağrdan bu yarıqlara görə lava axınları yayılır.

Yer üzünün bu yarıqlı səthi kənara çox əhəmiyyətli miqdarda istilik saçır və ərimiş qayaların əksər hissəsi okeanlardakı təpələri meydana gətirir.Əgər Yer üzünün qabağında böyük miqdarda istiliyin kənara çıxmasına səbəb olan bu yarıq və çatlar olmasaydı, dünyada yaşamaq mümkün olmazdı.

Çünki Yer qabığının altından kənara çıxış nöqtəsi (yolu) olmayan istilik bu vəziyyətdə çox böyük miqdarda mənfi nuklear təsirin meydana gəlməsinə səbəb olacaqdı.

Şübhə yoxdur ki, belə bir məlumatı yalnız yüksək texnoloqiyaya sahib olmaqla əldə etmək mümkündür. Amma nəzərə alınmalıdır ki, Quran bunu hələ 1400 əvvəl xəbər verib. Bu isə Quaranın Allah sözü olmasını isbatlayan əlavə dəlillərdən biridir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930