MARAQLI FAKTLAR-7
Mьəllif: admin1
Tarix: 1-05-2019, 10:13
Bцlmə: Bilirsinizmi?
MARAQLI FAKTLAR-7

1. Bir cut ağcaqanadın təkcə aprel - may aylarında yumurtalarının hamısından ağcaqanad çıxsaydı dünyanı 14 metr qalınlığında ağcaqanad təbəqəsi tutardı.

2. İnsan əlində ən gec uzanan dırnaq baş barmaqda olur, ən sürətli isə orta barmaqda.

3. İmam Əli (ə) buyurub: “Ey Adəm övladı! Bu gün sabah (onun ruzisi) üçün kədərlənmə. Çünki əgər sabah sənin ömründən olsa, Allah sənin ondakı ruzini yetirəcək”.

4. Qədim Romada şalvar kobud barbar geyimi hesab edilərək qadağan olunmuşdur.

5. Hindistanın qədim adətinə görə dul qadın özünü yandırarmış.

6. 2-ci dünya müharibəsi zamanı alman kəşfiyyatının başçısı Kanarsi Avropa restoranlarına yalnız kar qadınları işə götürməyi əmr etmişdir.

7. Popuri sözünün fransız dilindən tərcüməsi “yığma xörək” deməkdir.

8. Dünya səviyyəli bəstəkar Motsartın qəbri yoxdur.

9. İngiltərədə 1824-cü ilə qədər aktyorları rəsmi olaraq “avara” adlandırırdılar.

10. Zəncirbənd [zamok] ilk dəfə ayaqqabıda istifadə olunmaq üçün nəzərdə tutulmuşdu.

11. Ən təhlükəli peşələr: kosmonavt, polis, futbolçu və balıqçılıq hesab olunur.

12. Kembric universitetində riyaziyyat fənnindən pis qiymət alan tələbəyə taxta qaşıq verirlər.

13. Braziliyalılar futbolda təsadufi qolu “cücə” adlandırılar

14. Malta Respublikasında 2 telekanal var.

15. ABŞ əhalisinin fikrincə 2 $ əskinas uğursuzluq gətirir.

16. 400 il əvvəl İtaliyada konservatoriya sözü “yetimlərin yaşadığı ev” mənasını verirdi.

17. Peyğəmbərimiz (s) buyurub: “Müsəlmanın həftədə (heç olmasa) bir gün dini məsələləri, halal-haramı öyrənməməsi necə də böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!..”

18. Karnaval sözünün mənası “ətdən imtina etmək' mənasını verir.

19. İnsanların ölmüş adamları yuxuda görməsinin səbəbi yatarkən insan beyninin məntiq hissəsinin fəaliyyətini dayandırması, emosiya və duyğular olan hissəsinin isə fəaliyyətdə olmasıdır.

20. Nyu-Yorkun telefon şirkətlərinin apardığı tədqiqatlara görə insanlar telefonla danışarkən ən çox “mən” sözündən istifadə edirlər.

21. Ən varlı itin 15 milyon funtsterlinq pulu var.

22. İngiltərə kitabxanalarında ən çox oğurlanan kitab “Ginnesin rekordlar” kitabıdır.

23. Monakonun milli orkestrinin sayı, ordusunun sayından çoxdur.

24. Alyaskanın bayrağını 13 yaşlı uşaq hazırlayıb.

25. 18 fevral 1979-cu ilde Saxara səhrasında bir dəfə qar yağıb.

26. Eskimosların dilində qar sözünü əvəz edə biləcək 20 söz var.

27. Vatikan yeganə ölkədir ki, 1983-cü ildə orda doğum qeydə alınmayıb.

28. İtaliyada “Barbie” gəlinciyi çoxdur, nəinki Kanadada kanadalı.

29. Peyğəmbərimiz (s) buyurub: “Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa, behişt onundur: Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta”.

30. Titanik filmində ən çox səslənən söz Roza-dır.

31. 12-ci mərtəbədən düşən pişiyin yaşamaq şansı daha çoxdur, nəinki 7-ci mərtəbədən düşənin.

32. Bədəninə görə ən böyük başı olan heyvan qarışqadır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930