Yersiz zarafat, mübahisə, lovğalıq, düşmənçilik - insanları bir-birindən ayrı salan amillər
Mьəllif: admin1
Tarix: 4-11-2019, 20:00
Yersiz zarafat, mübahisə, lovğalıq, düşmənçilik - insanları bir-birindən ayrı salan amillər
Həyatımızda çox sayda insanlar görmüşük ki, əvvəl bir-biri iə səmimi və dost olmuş, lakin sonradan bu rabitələrini kəsmişdilər. Bəs bunun səbəbi nə olmuşdur?

İnsanların bir-biri ilə rabitələrini kəsməyin səbəbləri müxtəlif ola bilər. Hədislərimiz buyurur ki, bunun əsas dörd səbəbi ola bilər.

İmam Sadiq (ə) buyurur: “Əgər istəyirsənsə ki, qardaşının dostluğu saf, zülal olsun, onunla zarafat, mübahisə, lovğalıq, düşmənçilik etmə”.

Ona görə də rabitələrin kəsilməsinə səbəb olan amillər:

- Zarafat etmək (yersiz, yaxud ifrat).
- Mübahisə etmək.
- Lovğalanmaq.
- Düşmənçilik etmək. (çəkişmə).

Zarafat etməyin növləri fərqlidir. O zarafatlar həmişə məzəmmət olunur ki, həddini aşar və ifrat dərəcəsinə gəlib çatar. Lakin əgər mötədil olarsa və qarşı tərəf ondan inciməzsə, bu zarafat bəyəniləndir. Çünki zarafat möminin ürəyində olan qəm və qüssəni aradan apara bilir.

Həzrət Peyğəmbər (s) buyurur: “Mən zarafat edirəm, ancaq haqq sözdən başqasını demirəm”.

Beləliklə, deyə bilərik ki, zarafat etmək Peyğəmbərin (s) sünnətində vardır, lakin həddində. Əgər insan qarşı tərəfi təhqir etməzsə və ya incitməzsə, zarafat edə bilər. Məqsədi din qardaşını şad etmək və qəmini aradan aparmaq olmalıdır.

İmam Əli (ə) Peğəmbərdən (s) nəql edir: “İslam Peyğəmbəri (s) nə zaman səhabələrindən birini qəmgin görərdi, onu zarafatla sevindirərdi”.

Həzrət Peyğəmbər (s) o qədər heybətə və İlahi əzəmətə malik olmağına baxamayaraq, həmişə dodaqlarında təbəssüm olardı.

Ona görə də zarafat etmək əgər həddində olarsa bəyənilən əməllərdəndir. Zarafat gərək çirkin və əxlaqdan uzaq olan sözlərdən olmasın. Belə ki, İmam Əlinin (ə) buyurduğu kimi: “Çirkin danışmaq alçaq insanların üslubudur”.

Zarafat elə olmalıdır ki, qarşı tərəfdə kin yaratmasın, iffəti və həyanı aradan aparmasın. İmam Sadiq (ə) buyurur: “O zarafat ki, nəzakətsizliyə və insanların sənə qarşı incikliyinə səbəb olar, onu yerinə yetirmə”.

Bəzən insan dostu ilə zarafat edən zaman onu sevindirmək yerinə elə söz deyir ki, onu qəmgin və kədərli edir. Həzrət Peyğəmbər (s) buyurur: “Çoxlu zarafat etmək abırı aparar”.

İmam Əsgəri (ə) buyurur: “Mübahisə etmə ki, şəxsiyyətin aradan gedər, zarafat etmə ki, sənə nəzakətsizlik edərlər”.

İmam Baqir (ə) buyurur: “Məbada zarafat edəsiniz, çünki zarafat kişinin heybətini və abırını aradan aparar”.

İmam Əli (ə) buyurur: “Heç kəs yersiz zarafat etməz, məgər o halda ki, ağlının bir hissəsini əldən verər”.

İmam Əli (ə) buyurur: “O kəs ki, çoxlu zarafat edər, kinə və insanları xar etməyə düçar olar”.

İmam Əli (ə) buyurur: “Zarafat etmək kin yaradar”.

Həzrət Əli (ə) yenə buyurur: “Dostunla zarafat etmə ki, düşmənin olar. Düşməninlə zarafat etmə ki, səni incidər”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031